YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Həmsədrlərin son bəyanatı bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur

«Azərbaycan ictimaiyyəti tərəfindən Minsk qrupu həmsədrlərinin son  bəyanatı ciddi etirazla qarşılanır. Bunun üçün də ciddi əsaslar var. Çünki torpaqları işğal olunan, əhalisinin bir hissəsinin məcburi köçkün vəziyyətinə düşən tərəf Azərbaycandır. Məhz Ermənistan dövləti hərbi təcavüz yolu ilə torpaqlarımızı işğal edib və bu gün işğal olunmuş ərazilərimizdə silahlı birləşmələrini yerləşdirib». Bu fikirləri  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, münaqişənin sülh yolu ilə həllində vasitəçilik edən Minsk qrupunun həmsədrləri isə öz fəaliyyətlərində bu faktı nəzərə almalıdır. Amma təəssüf ki, onlar sadəcə bəyanatlar verməklə kifyətlənir, işğalçı ilə işğala məruz qalan tərəfləri bərabərləşdirir. Bi isə qətiyyən doğru deyil. Onların son bəyanatı isə bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur.

«Təəssüf ki, dünyadakı ikili standartlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü açıq şəkildə göstərir. Belə ki, dünya dövlətləri və nüfuzlu təşkilatlar bu məsələyə beynəlxalq hüquq normaları çərçivəsində deyil, ikili standartlarla yanaşırlar. Bir sıra regionlarda baş verən separatizm qınaq obyektinə çevrilsə də, Ermənistanın təcavüzkar siyasətinə ciddi reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir. Təbii ki, işğalçı Ermənistan bütün bunlardan «ruhlanaraq» münaqişənin həllini uzatmaq üçün müxtəlif bəhanələrlə əl atır»- deyə, S.Fətəliyeva vurğulayıb.