YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliəşrəf Şəbüstəri: Azərbaycan dünyaya göstərdi ki, sülh və həmrəylik içində yaşamaq mümkünündür

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları təkcə Azərbaycanı yox, bütün İslam ölkələrini dünyaya tanıtdırdı. Azərbaycan dövləti dünyaya göstərdi ki, sülh şəraitində və həmrəylik içində yaşamaq mümkünündür.

Bu sözləri İranın Tacikistanda, Belçikada, İsveçrədəki keçmiş səfiri, bu ölkənin BMT yanında daimi nümayəndəliyinin keçmiş rəhbəri Əliəşrəf Şəbüstəri deyib.

Ə.Şəbüstəri bildirib ki, Azərbaycan Prezidentinin mültikultural dəyərlərə üstünlük verməsi, xalqların və dövlətlərin mehriban şəraitdə yaşamağa çağırış etməsi bir nümunədir. Bu gün İslam ölkələrinin həmrəyliyə daha çox ehtiyacının olduğu bir zamanda Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını keçirməsi və həmrəyliyə əməli töhfə verməsi bu istiqamətdə atılmış çox böyük bir addımdır.

Keçmiş səfir deyib ki, bununla bütün dünya Azərbaycanı tanıdı, onun sülhpərvər siyasət apardığını bildi.