YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhsil nazirliyi: Könüllü Tələbələr IV İslam Həmrəyliyi Oyunlarıın yüksək səviyyədə baş tutmasına öz töhfələrini verdilər

«IV İslam Həmrəyliyi Oyunlarında 8 mindən çox könüllü iştirak etdi. Onların böyük əksəriyyəti tələbələrdir». Bu fikirləri təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

F.Qurbanov bildirib ki, tələbə-könüllər bu prosesdə fəal iştirak ediblər. Onun sözlərinə görə, bu gənclər əvvəlki beynəlxalq tədbirlərdə də könüllü kimi iştirak ediblər və böyük təcrübə qazanıblar.

«Təbii ki, bu tələbələr obyektiv səbəblərlər bəzi dərslərdə iştirak edə bilməyiblər. Ali məktəb rəhbərlikləri bu barədə məlumatlıdır və lazımi işlər görüləcək. Ölkə üçün siyasi, iqtisadi, mədəni əhəmiyyət daşıyan mötəbər yarışda iştirak edən tələbə-könüllülərə bütün lazımi güzəştlər göstəriləcək. sevindirici haldır ki, tələbələrimiz könüllü olaraq IV İslam Həmrəyliyi Oyunlarıın yüksək səviyyədə baş tutmasına öz töhfələrini verdilər»- deyə, nazir müavini vurğulayıb.