YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaid Prezident İlham Əliyevə təbrikindən: Sizin turizmə və onun iqtisadiyyatı daha da inkişaf etdirmək potensialına verdiyiniz önəm məni çox sevindirir

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Mən 2017-ci il mayın 5-6-da keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya səfərim çərçivəsində görüşümüzə görə Sizə dərin minnətdarlığımı ifadə etmək istərdim.

Sizin turizmə və onun iqtisadiyyatı daha da inkişaf etdirmək potensialına verdiyiniz önəm məni çox sevindirir və bu sahəyə davamlı dəstəyinizə görə Sizə təşəkkür edirəm.

Həmçinin məni Azərbaycanın “Dostluq” ordeni ilə təltif etdiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirmək istərdim. Bu orden mənə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının mayın 11-12-də Madriddə Azərbaycanın mədəniyyət və turizm nazirinin sədrliyi ilə uğurla keçirilən 105-ci sessiyasında təqdim edildi.

Eyni zamanda, mən bu xoş fürsətdən istifadə edərək Sizi qarşıdan gələn milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir, ölkənizə və xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.”

DİGƏR Xəbərlər Arxiv