YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Azərbaycan Yay Olimpiya Oyunlarını keçirməyə də qadirdir

«Ölkəmizdə Bakı-2017 İslam Həmrəyliyi Oyunları böyük uğurla yekunlaşdı». Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, bu oyunlar müsəlman dünyasında  həmrəyliyin, xalqlar və dövlətlər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm bir addım oldu. Onun sözlərinə görə, Azərbaycan bir daha sübut etdi ki, o müasir dünyəvi bir dövlət olmaqla bərabər eyni zamanda din və vicdan azdlığı bərqərar olan, tolerantlığın, multikulturalizmin yüksək səviyyədə qorunub saxlanıldığı, bu sahədə düyaya nümunə göstəriləcək bir ölkədir.

«Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti nəticəsində Bakı-2017 İslam Həmrəyliyi Oyunları çox yüksək səviyyədə təşkil olundu. Beləliklə də, Azərbaycan növbəti tarixi uğra imza atdı. Bütün bu naliyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu  siyasətinin nəticəsində əldə olunur. Bu gün hər vətəndaş ölkəmizin uğurları ilə qürur duyur. Çünki Azərbaycan hazırda dünyada söz sahibi olan, beynəlxalq müstəvidə nüfuzlu dövlətdir. Son illərdə Azərbaycanın irimiqyqasli beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi də deməyə əsas verir ki, Azərbaycan Yay Olimpiya Oyunlarını keçirməyə də qadirdir»- deyə, A.Abiyev vurğulayıb.