YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Levon İzaria: Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq hər üç ölkənin xalqları, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri Gürcüstanın müdafiə naziri Levon İzoria Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Batumidəki üçtərəfli görüşündən sonra keçirdiyi mətbuat konfransında söyləyib.

Nazir deyib: “Bizim birgə əməkdaşlığımız Azərbaycan, türk və gürcü xalqlarının təhlükəsiz yaşaması və ölkələrimizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”.

L.İzoria bildirib ki, ölkələrimizin müdafiə sahəsindəki birgə fəaliyyəti inkişaf edir. Bu il biz beş dəfə görüşmüşük. Bu dəfə də çox önəmli məsələlərdən danışdıq. Gələcəkdə bu formatın genişlənməsi məsələsi də müzakirə olunub.

Hər üç ölkənin birgə təlimlərdə iştirakına toxunan nazir deyib: “Yaxın günlərdə bizim xüsusi təyinatlılarımızın birgə təlimləri olacaq. Eyni zamanda, sentyabr ayında informasiya texnologiyaları üzrə təlimlərimiz keçiriləcək. Gələcəkdə bu cür təlimlərin sayını artırmaq və əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik”.

DİGƏR Xəbərlər Arxiv