YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında tarixi qələbəyə imza atdı

«Bütün İslam aləminin diqqət mərkəzində olan, dünyanı özünə cəlb edən IV İslam Həmrəyliyi Oyunları artıq tarixə çevrildi. Oyunların möhtəşəm bağlanış mərasimi də açlış mərasimi kimi çox möhtəşəm, Azərbaycanın yüksək inkişaf səviyyəsini, İslam dəyərlərini, müasirliyi əks etdirən, yüz milyonlarla tamaşaçı auditoriyasını valeh edən bir beynəlxalq idman tədbiri kimi uzun müddət yaddaşlarda qalacaq». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, on gün ərzində İslam dünyasını təmsil edən 54 ölkədən 3 mindən çox idmançı beynəlxalq standartlara cavab verən idman obyektlərində 886 medal dəsti uğrunda yarışdılar. Onun sözlərinə görə, Bakı-2017 İslam Həmrəyliyi Oyunları bundan qabaq keçrilmiş Oyunlardan bir çox cəhətləri ilə fərqlənərək bu oyunlar tarixində yeni səhifə açdı.

«Keçən üç Oyunlarda ümumilikdə iştirakçı dövlətlərin 38 milli yığma komandaları tərəfindən cəmi 956 medal, o cümlədən 291 qızıl, 289 gümüş və 375 bürünc medal qazanılmışdısa, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 40 yığma komanda tərəfindən 886 o cümlədən 269 qızıl, 267 gümüş və 350 bürünc medal qazanılmışdır. Bu yarşların daha gərgin keçdiyinə, komandalar arasında rəqabətin daha yüksək olduğuna əyani sübutdur. Azərbaycan idmançıları isə Avropa Oyunlarından, Rio-2016 Olimpiya Oyunlarından sonra növbəti tarixi qələbəyə imza atdılar. Yığmamız ümumikomanda hesabında 1-ci yeri tutaraq ümumilikdə 162 o cümlədən 75 qızıl, 50 gümüş və 37 bürünc medal əldə etmişlər. Bu fantastik bir göstəricidir. Yada salmaq lazımdır ki, bundan qabaq keçrilmiş İslam Oyunlarında Azərbaycan yığması ümumilikdə 39 medal, o cümlədən 10 qızıl, 13 gümüş və 16 bürünc medal qazanmışdı. Bu nəticələr bir daha göstərir ki, Azərbaycan artq dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir»- deyə, R.Əliyev qeyd edib.