Xəbərlər
Şahin Mustafayev: Bakı limanının birinci fazası yekunlaşdıqdan sonra yükaşırmanın həcmi 5 dəfə artacaq

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci fazası yekunlaşdıqdan sonra yükaşırmanın həcmi 5 dəfə artacaq.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 2016-cı ildə 3 milyon ton yük aşırılıb. Yeni limanda isə yükaşırmanın həcminin 15 milyon tona yüksələcəyi nəzərdə tutulub", - deyə nazir qeyd edib.