YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avrasiya Komitəsinin rəhbəri: Azərbaycan diasporu Rusiya-Türkiyə münasibətlərinin inkişafında önəmli rol oynayır

Rusiyadakı Azərbaycan diasporu yetərincə güclü və nüfuzludur. İnanıram ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyəti Rusiya qanunvericiliyinin tələbələri çərçivəsində tezliklə bərpa olunacaq.

Bu fikirləri Rusiyada türk diaspor təşkilatlarından biri olan Avrasiya Komitəsinin rəhbəri Əli Qalib Savaşır deyib.

ÜAK-ın bağlanması xəbərini böyük təəssüf hissi ilə qarşıladığını bildirən Əli Qalib Savaşır Konqresin qeydiyyatının tezlikdə bərpa ediləcəyinə əminliyini bildirib.

O əlavə edib ki, Azərbaycan diasporu Rusiya ilə Türkiyə arasında dostluq münasibətlərinin inkişafında da önəmli rol oynayır.