YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycan regionun əlverişli mövqeyə malik olan tranzit mərkəzidir

«Azərbaycanda son 10 ildə ÜDM 1,7 dəfə, valyuta ehtiyatları 9,7 dəfə, qeyri-neft sektoru 2 dəfə, sənaye 1,5 dəfə, turizm 6,2 dəfə, tikinti 2,2 dəfə artıb». Bu fikri iqtisadiyyat naziri Şahin Mustafaev deyib.

Ş.Mustafayev bildirib ki, hazırda əlverişsiz xarici siyasi və iqtisadi amillər, xüsusilə dünya enerji bazarındakı qeyri-sabitliyə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir. Onuvn sözlərinə görə, 2017-ci ilin 1-ci rübü üzrə qeyri-neft sənayesi 2%, kənd təsərrüfatı 3,5%, ticarət dövriyyəsi 15%, ixrac 50%-ə yaxın, qeyri-neft ixracı 10% artıb.

«Azərbaycan regionun əlverişli mövqeyə malik olan tranzit mərkəzidir. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri çərçivəsində yolların yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və bu ərazidə azad ticarət rejimli xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanın tranzit imkanlarını daha da gücləndirir. Azərbaycanın siyasi cəhətdən tam sabit ölkə olması, yaradılmış güclü iqtisadi potensial, əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri xarici investorlar üçün geniş imkanlar açır, Azərbaycanın investisiya cəlbediciliyini daha da artırır. Təsadüfi deyildir ki, müstəqllik illərində Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan çox investisiya qoyulub, bunun yarısı xarici sərmayələrdir. Azərbaycan xarici investisiyalar üçün əlverişli məkandır»- deyə, nazir vurğulayıb.