YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əsədov: Bu il kənd təsərrüfatının hədəflərinin içərisində toxumçuluğun inkişafı ən birinci yerdədir

Bu il kənd təsərrüfatının hədəflərinin içərisində toxumçuluğun inkişafı ən birinci yerdədir.

Bu sözləri mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, bunun üçün artıq Azərbaycanda böyük tərəvəz, kartof toxumçuluğu müəssisəsinin tikintisinə başlanılıb və bu ilin sonunda istifadəyə veriləcəyi gözlənilir.

Nazir qeyd edib ki, gələcəkdə də toxumçuluq istehsalı və emalı ilə bağlı zavodların tikintisi planlaşdırılır. “Eyni zamanda ciddi nəzarət sistemi formalaşdırırıq. Ancaq xüsusi toxumçuluqla məşğul olanlara sertifikatlar verilir. Bu sahədə ciddi nəzarət var. Toxumçuluğun keyfiyyətinin artırılması ümumi məhsul istehsalının artırılmasında böyük rol oynayacaq”, - deyə H.Əsədov vurğulayıb.