YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: «Kabel şəbəkəsi yayımı haqqında» yeni qanun layihəsi bu sahənin tənzimlənməsinə xidmət edir

«Azərbaycanda 17 kabel şəbəkəsinin fəaliyyət göstərir. Bu sahədə sui-istifadə halları var». Bu fikirləri Milli Məclisin  Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, bu sahənin qanunvericiliklə tənzimlənməsi zərurətə çevrilib. Onun sözlərinə görə, "Kabel şəbəkəsi yayımı haqqında" yeni qanun layihəsi də həmin sahənin tənzimlənməsinə xidmət edir.

«Bir müddət əvvəl xarici kanalların yerli tezliklərdə yayımlanması dayandırıldıqdan sonra kabel şəbəkəsinin imkanları bir qədər artıb. Qanun layihəsi 17 maddədən ibarət olsa da, kabel şəbəkəsi yayımı ilə bağlı ortaya çıxan bütün məsələləri əhatə edir. Kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaq qanun layihəsinin 1-ci, ondan istifadə edənlərin marağının təmin edilməsi 2-ci məqsəddir. Bu yayım üçün əlverişli mühit yaratmaq da məqsədlərdən biridir. Bu qanunda sahibkarların, abonentlərin marağını nəzərə almaqla yanaşı, dövlətin və millətimizin marağı da nəzərə alınıb»- deyə, komitə sədri qeyd edib.

DİGƏR Xəbərlər Arxiv