YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının təşkili üzrə konfransda təmsil olunacaq

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının təşkili üzrə mayın 17-də keçiriləcək 3-cü planlaşdırma konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Beynəlxalq Ordu Oyunları-2017” yarışlarının iyulun 29-dan avqustun 12-dək beş ölkənin - Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiyanın ərazisində keçirilməsi planlaşdırılır.