YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniya mətbuatı ümummilli lider Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən yazır

İspaniyanın elmundofinanciero.com portalında “Heydər Əliyevin xatirəsinə” sərlövhəli məqalə dərc edilib.

Müəllif Fransisko Meana ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən bu günlərdə Madrid şəhərində təşkil olunan mərasimdə iştirak etdiyini bildirir.

F.Meana məqalədə Heydər Əliyevin SSRİ dövründəki fəaliyyətinə nəzər salır, onun müasir müstəqil Azərbaycanın uğurları naminə həyata keçirdiyi fəaliyyətə diqqət çəkir.

Yazıda qeyd edilir ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın neft yataqlarının işlənilməsi, xüsusən də ölkəmizin hərtərəfli inkişafını təmin etmək üçün vacib müqavilələrin imzalanmasına nail olub. Müəllif bu gün Azərbaycanın sürətlə inkişaf edən müasir ölkə olduğunu vurğulayır.