YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Altuğ Çelikbilek: Azərbaycan İslamiadaya yüksək səviyyədə ev sahibliyi edir

Rəqibim məndən təcrübəli olsa da, qızıl medalı qazanmaq üçün korta çıxdım.

Bunu türkiyəli tennisçi Altuğ Çelikbilek deyib.

O bildirib ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edir. İdmançılara hər cür qayğı göstərilir.

“Burada özümüzü Türkiyədəki kimi hiss edirik. Xüsusən də azərbaycanlı azarkeşlərin dəstəyi bizi qələbəyə ruhlandırır. Ümid edirəm ki, Azərbaycan və Türkiyə bu oyunlardan çoxlu medallarla ayrılacaq.

Komandamız yarışlara çox ciddi hazırlaşmışdı. Rəqiblərin güclü olduğunu bilirdik. Xüsusilə mənim pakistanlı rəqibim çox təcrübəli idi. Ancaq mən korta ölkəmə qızıl medal qazandırmaq üçün çıxdım və buna nail oldum", - deyə A.Çelikbilek vurğulayıb.