YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib

«Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada ziddiyyətlərin aradan qaldırılması, sülhün bərqərar olması istiqamətində əhəmiyyətli rol oynayacaq». Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, hazırda dünyanın gündəliyində dayanan ən mühüm məsələlər sırasında mədəniyyətlərarası dialoq öncül mövqe tutur. Çünki mədəniyyətlərarası dialoq sahəsində böhran yaşandıqca alternativlər daha da güclənməyə başlayır. Alternativlər də islamafobiya, ksenofobiya, irqçilikdir”.

«Foruma  dünyanın 120 ölkəsindən 800-ə qədər nümayəndə qatılmışdı. Həmçinin 50-dən artıq beynəlxalq təşkilatın  yüksək səviyyədə təmsilçiləri iştirak edirdilər. Bütün bunlar beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin iştirak etdiyi Forumda mədəniyyətlərarası dialoq sahəsində mövcud olan problemləri araşdırmağa və yollar göstərməyə imkan verir. Eyni zamanda, bütün bunlar  Azərbaycan nümunəsini göstərmək üçün şansdır. Tədbirin ən böyük məqsədi isə mədəniyyətlərarası dialoqun əhəmiyyətini təşviq etməkdir. Ümumilikdə, Azərbaycan multikulturalizm, dünyada birgəyaşayışın, əmin-amanlığın təminatı sahəsində böyük tədbirlərə ev sahibliyi edib. Bütün bunlar onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib»- deyə, E.Nəsirov qeyd edib.