YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: İxrac potensialının artması iqtisadiyyatımız üçün böyük əhəmiyyət kəsb edir

«Azərbaycanın ixrac potensialının artması iqtisadiyyatımız  üçün böyük əhəmiyyət kəsb edir». Bu fikri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, idxal-ixrac əməliyyatları, yəni saldonun müsbət olması Azərbaycanın həm milli valyutasının, həm də iqtisadiyyatın ayrı-ayrı sahələrinin normal tempdə olmasından xəbər verir. Onun sözlərinə görə, ixracın artması isə ölkəyə xarici valyutanın daxil olmasına şərait yaradır ki, bu da öz növbəsində manatın möhkəmlənməsinə kömək edir.

«Ümumiyyətlə, bu proses ilin əvvəlindən etibarən bir neçə aydır ki, davam edir. Düzdür, idxalın azalması ilə bağlı bu sahədə bəzi problemlər yaranıb. Çünki idxalın azaldılması ölkədə real sektorun inkişafına mənfi təsir göstərir. Lakin bizim əsas məqsədimiz  Azərbaycana lazım olmayan məhsulların idxalından imtina etməkdir. Çalışmaq lazımdır ki, ticarət balansında müsbət saldo uzun müddət davam etsin. Amma real sektorun inkişafı üçün bəzi məhsullar idxal edilməlidir. Amma  bu prosesin davam etməsi bizim xeyrimizədir»- deyə, deputat vurğulayıb.