YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır

«Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, IV İslam Həmrəyliyi Oyunları da belə tədbirlər sırasındadır. Onun sözlərinə görə, bu Oyunların Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun göstəricisidir.

«Ümumiyyətlə, Azərbaycan dünyada söz sahibi olan dövətdir. Enyi zamanda, ölkəmizdə sabitlik, təhlükəsizlik  yüksək səviyyədə təmin edilib. Təbii ki, bu amillər mötəbər beyənlxalq tədbirlərin ölkəmizdə keçirilməsi üçün ciddi əsaslar yaradır. Bu baxımdan hansısa nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul edilməsi təbii qanunauyğunluqdur. IV İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçirilməklə dünyanın idman tarixində öz yerini tutacaq»- deyə, R.Rzayev vurğulayıb.