YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: İslam Həmrəyliyi Oyunlarında54 ölkədən 3 mindən çox idmançının iştirak etməsi bizi sevindirməyə bilməz

Sabah Bakı möhtəşəm böyük bir tədbirə ev sahibliyi edəcək və bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O deyib ki, bu oyunların məhz Bakıda keçirilməsindən qürur hissi duyuruq: "İslam Həmrəyliyi Oyunları tək idman yarışı deyil, sülhün bərqərar olduğu ölkələrin bir araya gəlməsi, bir dildə danışmasıdır. Əfsuslar olsun ki, Sudan, Liviya və Küveyt bu oyunlara qoşulmayacaq. Bu hal bizi məyus etsə də, 54 ölkədən 3 mindən çox idmançının iştirak etməsi bizi sevindirməyə bilməz. İslam Həmrəyliyi Oyunları sülhün, mədəniyyətin və birliyin nümayişi olacaq".

A.Rəhimov qeyd edib ki, İslam Həmrəyliyi Oyunları ilə bağlı iclaslarda 57 islam ölkəsinin nümayəndələri iştirak ediblər: "Biz bəyan etmişdik ki, 57 ölkənin idmançıları oyunlarda iştirak edəcək, amma son 3-4 gün ərzində bizə daxil olan məlumatlara görə, 3 ölkə - Sudan, Liviya və Küveyt oyunlarda iştirak etmir".

O həmçinin deyib: "Bütün ölkələrdən gələn idmançılara hər cür şərait yaradılması üçün biz əlimizdən gələni etmişik. Azərbaycan tərəfindən oyunlarda idmançılar üçün yaradılan şərait bütün ölkələrin gəlməsi üçün cəlbedicidir. Bu 3 ölkənin oyunlara gəlməməsi ilə bağlı qərarlarına hörmətlə yanaşırıq".

DİGƏR Xəbərlər Arxiv