YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür

Azərbaycan Silahlı Qüvvələri düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür.

Bunu Ermənistan kütləvi informasiya vasitələrində yayılan xəbərlərdə cəbhə xəttində bu ölkənin “Şant” televiziya şirkətinin operatorunun guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanması ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.