YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər bizi addım-addım daha təhlükəsiz dünyaya yaxınlaşdıracaq

«Azərbaycan dünyaya etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verən, xalqların mədəni sərvətlərinin qorunmasına və inkişafına əsaslanan demokratik cəmiyyət nümunəsi təqdim edir». Bu fikri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu bir məkanda yerləşən ölkəmiz İslam və Avropa sivilizasiyalarının dəyərlərini özündə birləşdirir. Onun sözlərinə görə, mədəniyyətlərarası, dinlərarası dialoq və multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb.

«Azərbaycan dövləti müxtəlif dinlərə etiqad edən insanlar üçün əmin-amanlıq və xeyirxahlıq mühitinin yaradılmasına nail olub və bu prinsipləri milli qanunvericilik vasitəsilə dini etiqad azadlığı və dini tolerantlıq çərçivəsində qoruyub saxlayıb. Azərbaycan həmişə sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun inkişafına kömək göstərib və bundan sonra da kömək göstərəcək. Göstərilən səylər, o cümlədən bu gün iştirak etdiyimiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər bizi addım-addım daha təhlükəsiz dünyaya yaxınlaşdıracaq. Elə bir dünya ki, orada həm bir xalq və dövlət sülh və əmin-amanlıq şəraitində yaşamaq və inkişaf etmək, öz mədəni sərvətlərini artırmaq yolu ilə ümumdünya mədəniyyətini zənginləşdirmək, bəşər sivilizasiyasını daha da irəliyə aparmaq imkanına malik olacaq»- deyə, Z.Əsgərov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv