YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü İsveçdə qeyd edilib

İsveç Azərbaycanlıları Konqresi (İAK) və “Azərbaycan dünyası” jurnalının təşkilatçılığı ilə Stokholmda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

İAK sədri Emil Mirzoev və “Azərbaycan dünyası” jurnalının baş redaktoru, “Dədə Qorqud” milli fondunun sədri Eldar İsmayılov tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsindəki xidmətlərindən danışıb, eyni zamanda, ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafına verdiyi töhfələri vurğulayıblar.

Natiqlər, həmçinin qeyd ediblər ki, ulu öndər Heydər Əliyev müstəqilliyin ilk illərində Azərbaycanı məruz qaldığı bəlalardan xilas edib, ölkəni inkişaf yoluna çıxarıb.

Tədbirdə İsveç dilində çapdan çıxmış “Heydər Əliyevlə unudulmayan görüşlər” adlı avtobioqrafik kitab da iştirakçıların diqqətinə təqdim olunub. Kitabın müəllifi Emil Mirzoev vətənpərvərlik və uğurlu diaspor fəaliyyətinə görə “Vətən oğlu” ordeni ilə təltif edilib. Ordenin təsisçisi “Dədə Qorqud” milli fondu və “Azərbaycan dünyası” jurnalıdır.