YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, inkişafı Ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır

«Heydər Əliyev bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. Ulu öndərin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, inkişafı Ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır. Onun sözlərinə görə, Heydər Əliyev irsi elə zəngin irsdir ki, biz zaman-zaman onun yeni mahiyyətini, yeni fəlsəfəsini öyrənirik və bu irsin Azərbaycan xalqı, dövləti üçün nə qədər önəmli olduğunu dərk edirik.

«Bu gün respublikamızda elə bir sahə yoxdur ki, orada Ümummilli lider Heydər Əliyevin xeyir-duası olmasın. Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi, müasir Azərbaycan dövləti Ulu öndərin şah əsəridir. Müstəqil Azərbaycan bütün sahələr üzrə böyük nailiyyətlər qazanıb. Bu gün Ümummilli liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub»- deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.