YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçiriləcək

İyunun 8-də Bakıda Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Alman-Azərbaycan Xarici Ticarət Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə baş tutacaq.

AZPROMO-dan bildiriblər ki, biznes-foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Avropa şirkətlərinin qatılacağı gözlənilir.