YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələcəyə ismarıcdır

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələcəyə ismarıcdır. Bu forum müxtəlif ölkələrdən olan nüfuzlu alimlərin, siyasi və ictimai xadimlərin bir yerə toplaşaraq mövcud çətinlikləri, problemləri və onların həlli yollarını müzakirə etməsinə imkan yaradır. Bu məsələləri qaldırmaq vacibdir. İnsanlar bunu eşitməli və başa düşməlidir ki, mədəniyyətlərarası dialoq, mədəni irs, bəşəri dəyərlər çox vacib kateqoriyalardır. Ona görə bu forum gələcəyə ismarıc və sülh prosesinə mane olan bütün amillərə cavabdır.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinc münasibətlərin mədəniyyətlərarası dialoq yolu ilə inkişafı” panel sessiyasının iştirakçısı, “International Institute “Life Beyond Tourism” Fondunun baş katibi Alesya Kuş söyləyib.

A.Kuş deyib: “Birinci dəfədir ki, Bakıdayam. Şəhərdəki quruculuq işlərinin vüsəti, sakinlərin xeyirxahlığı, həssaslığı mənə çox güclü təsir bağışladı. Bu gözəl şəhərin daha da firavanlaşmasını, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi təşəbbüslərin həyata keçirilməsində öz aparıcı rolunu daha da möhkəmlətməsini arzu edirəm”.

DİGƏR Xəbərlər Arxiv