YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ISESCO-nun baş direktoru: Azad ticarət zonası Azərbaycanın önəmli təşəbbüslərindəndir

Azad ticarət zonası Azərbaycanın önəmli təşəbbüslərindəndir.

Bunu IV Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri açıqlamasında deyib.

O bildirib ki, azad ticarət zonası ticarətlə bağlı məhdudiyyətlər və vergilər olmadan ticarətin həyata keçirildiyi məkandır. Azərbaycanın bu sahədə göstərdiyi təşəbbüs nəticəsində yeni iş yerləri təmin ediləcək, dünyadakı investorlar ölkəyə cəlb olunacaq. Bütün bunlar ölkə iqtisadiyyatının inkişaf etdirilməsi deməkdir.

Baş direktor qeyd edib ki, Azərbaycanın siyasəti hər zaman açıq olub və hər hansı ideologiya ilə məhdudlaşmır. Biz burada səmərəli tərəfdaşlığa söykənən canlı iqtisadi prosesi müşahidə edirik.