YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti iranlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Dövlətimizin başçısı Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbərindən olduqca kədərləndiyini bildirib.

Prezident İlham Əliyev faciə ilə əlaqədar iranlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.