YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Şəki təşkilatının VIII konfransı keçirildi

Mayın 4-də YAP Şəki şəhər təşkilatının VIII konfransı keçirilmişdir.

Konfrans başlamazdan əvvəl partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə YAP fəalları tərəfindən əklil qoyuldu.

Konfransın işində YAP Siyasi Şurasının üzvü, millət vəklil Yaqub Mahmudov, MM-in deputatlarından Kamilə Əliyeva və İlham Məmmədov iştirak edirdilər.

Konfransı giriş sözü ilə açan YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənov bildirdi ki, konfransın işində Şəki şəhər təşkilatının 107 ərazi partiya təşkilatından konfransa 302 nəfər nümayəndə seçilmişdir. Onlardan 293 nəfər konfransda iştirak edir. Qeyd olundu ki, YAP Şəki şəhər təşkilatının 11299 üzvündən 5712 nəfəri, yəni 50.5%-i qadınlar, 3962 nəfəri, yəni 35%-i gənclərdən ibarətdir. YAP Şəki şəhər təşkilatının VII konfransından keçən müddət ərzində təşkilatın sıralarına 2005 nəfər Heydər Əliyev siyasi kursuna və ideyalarına sadiq üzv qəbul edilmişdir.

YAP Şəki şəhər təşkilatının sədri Həsən Həsənovun məruzəsi dinlənildi. Məruzə ətrafında müzakirələrdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı, İdarə Heyətinin üzvü Elxan Usubov, MM-in deputatlarından Yaqub Mahmudov, Kamilə Əliyeva, İlham Məmmədov, YAP-ın Şəki şəhər təşkilatının Qadınlar Şurasının sədri Zərinə Cavadova, YAP-ın Şəki şəhər təşkilatının Gənclər Birliyinin sədri Daşqın Mikayılov, gənc YAP üzvü Elvin Qarayev iştirak etdilər.

Konfransda təşkilati məsələlər müzakirə edildi. 51 nəfərdən ibarət YAP Şəki şəhər təşkilatının Şurası və 17 nəfərdən ibarət İdarə Heyəti, 9 nəfərdən ibarət Nəzarət-Təftiş qrupu seçildi.Həsən Yusub oğlu Həsənov yenidən YAP Şəki şəhər təşkilatının sədri seçildi.

Konfransda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə müraciət qəbul edildi.

DİGƏR Partiya xəbərləri Arxiv