YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP: Yunanıstanda ilk hidrosınaq tamamlanıb

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində Yunanıstanda ilk hidrosınaq uğurla başa çatıb.

Bu sınaq kəmərin təhlükəsizliyini yoxlamaq üçün metoddur. Belə ki, boru kəməri su ilə doludurulur və ona nəzərdə tutulan təzyiqindən daha çox təzyiq vurulur.

Hidrosınaq boru kəmərinin Yunanıstan üzrə ilk 1,4 kilometrlik hissəsini əhatə edib. Bu, tikinti prosesində çox mühüm addım sayılır. Çünki həmin sınaq texniki cəhətdən layihənin bir nömrəli prioriteti kimi tanınan boru kəmərinin təhlükəsizliyini təsdiq edir.

TAP-ın Yunanıstan üzrə meneceri Rikard Skufias deyib: "Qrafikə əsasən tikinti prosesində daha bir mühüm mərhələ olan bu sınaq işlərin gedişatı baxımından böyük addımdır".