YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Heydər Əliyev Mərkəzi ilə tanış olub

Rusiyalı filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin mayın 2-də Heydər Əliyev Mərkəzində olub.

Aleksandr Duqinə müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verilib.

Bildirilib ki, Mərkəz Heydər Əliyev irsinin tədqiqi və təbliği, ölkəmizin tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin respublikamızda tanıdılması istiqamətində fəaliyyət göstərir.

Qeyd edilib ki, Mərkəzdəki Heydər Əliyev Muzeyində toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Azərbaycan xalqının Ümummilli Liderinin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər açılıb.

“Azərbaycan inciləri” sərgisi ilə tanışlıq zamanı qonağa Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətlərinin, çoxəsrlik tarixinin, mədəni irsinə dair nadir eksponatların nümayiş etdirildiyi barədə məlumat verilib. Bildirilib ki, bu sərgi Azərbaycan tarixi və mədəniyyətini öyrənmək üçün interaktiv və müasir vasitə kimi diqqəti çəkir.

Aleksandr Duqin “Mini Azərbaycan” sərgisinə də baxıb. Bu sərgidə qonaq Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı əldə edib.

Rusiyalı filosof və politoloq Aleksandr Duqin Heydər Əliyev Mərkəzindən xoş təəssüratlarla ayrılıb.