YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzhər Bağlı: Türkiyə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirəcək

Baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gəlməsindən sonra Ankara Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirəcək. Bu barədə Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarəetmə Şurasının üzvü Məzhər Bağlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyə üçün mühüm ölkələrdən biridir.

O deyib: "Türkiyə daim Azərbaycanın problemlərini özününkü kimi qəbul edir, onun uğurlarını da öz uğuru hesab edir".

M.Bağlının sözlərinə görə, bir müddət əvvəl Baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi diqqət ayırdığını qeyd edib.