YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının VII konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının VII konfransı keçirilib. 

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət olundu və abidənin önünə tər gül dəstələri qoyulub.

Konfransda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov rayon təşkilatının VI konfransından keçən dövr ərzində fəaliyyəti və qarşıda duran vəzifələr barədə hesabat məruzəsini, nəzarət-təftiş qrupunun sədr əvəzi Vaqif Bayramov nəzarət-təftiş qrupunun məruzəsini təqdim ediblər.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradov, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şurasının üzvü, rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, Ağdaş Dövlət Humanitar Kollecinin tələbəsi Ayşən Xəlilova, Rayon Təhsil şöbəsinin müdiri Hürü Əliyeva, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və millət vəkili Elman Nəsirov çıxış ediblər.

Açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şurasının 35 nəfərdən ibarət yeni tərkibi seçilib.

Millət vəkili Cavid Osmanov yenidən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri seçilib.

Partiyaya yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvülük vəsiqəsi, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva anadan olmasının 75 illiyi münasibəti ilə rayon təşkilatının Fəxri fərmanı və hədiyyə təqdim olunub.