YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın komitə sədri: AŞPA üzv dövlətlərin miqrant və qaçqın qadınların təhsil və işlə təmin olunma sahəsindəki ən uğurlu təcrübələrini öyrənə bilər

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, təşkilatın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və "Zorakılıqdan azad qadınlar" parlament şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova qurumun sessiyası çərçivəsində keçirilən qaçqın qadınların gender əsaslı zorakılıqdan qorunmasına dair məruzənin müzakirəsində baş məruzəçi kimi çıxış edib. Məruzənin qaçqın qadınların həssas durumu, onlara qarşı ayrıseçkilik haqqında məlumatlandırma məqsədi daşıdığını vurğulayan S.Qafarova deyib ki, son 2 ildə Avropa Şurasına üzv ölkələrə bir milyondan artıq qaçqın gəlib. Onlar çox ağır məhrumiyyətlərə, zorakılıqlara, təzyiqlərə məruz qalaraq öz ölkələrini tərk etmək məcburiyyətində qalıblar: "Əlbəttə, həyatda qalmaq üçün öz ölkələrini tərk edərkən də böyük risk edirlər. Çünki üz tutduqları ölkələrdə bir sıra hallarda nifrət və təhqirlə qarşılanırlar. 2016-cı il mart ayının 8-də BMT-nin Qaçqınlar üzrə ali komissarı bəyanatında vurğulamışdır ki, hazırda qadınlar ve uöaqlar Avropada sığınacaq axtaran qaçqınların əksəriyyət hissəsini təşkil edir. Son illər ərzində Avropaya gələn qaçqın qadın və qızlar gender əsaslı zorakılığa, cinsi istismara və s. məruz qalırlar. Onlar bir çox problemlərlə, o cümlədən təhlükəsizliyin təmin olunmaması, mövcud yardım xidmətləri və ilkin tibbi yardımın olmaması, dil çətinliyi və s. üzləşirlər.

"Avropada qaçqınlarla bağlı böhranla qlobal mübarizədə zorakılıqdan qorunma kimi aspektə önəm verilmir və bu da onu göstərir ki gender əsaslı zorakılığın qarşısının alınması üçün əvvəlcədən bütün lazımi tədbirlər görülməyib", - deyən S.Qafarova onu da qeyd edib ki, qaçqın qadınlar genderlə bərabər etnik mənsubiyyət və din əsaslı diskriminasiyaya məruz qala bilər.

"Onları gender əsaslı zorakılıqdan qorumaq, çoxtərəfli ayrı-seçkiliklə mübarizə və bunun pislənməsi bütün səviyyələrdə gələcək inteqrasiya üçün çox vacibdir. Qaçqınlara qarşı zorakılıqla mübarizə üzrə baş  məruzəçi kimi mən diqqətinizi qaçqın və miqrant qadın və qızların əsas problemlərindən biri olan onların təhsilə məhdud imkanlarının olmağına yönəltmək istərdim. Bu da həmin qrupun işsizliyinə səbəb olur. Göstərilmiş qrupun əsas insan haqlarının qorunması məqsədilə onlara təhsil üçün bərabər imkan yaradılmalıdır. Çox inaniram ki, bu problemlərə təkcə iqtisadi baxımdan yox, həm də insan haqları mövzusu kontekstində baxılacaq. AŞPA üzv dövlətlərin miqrant və qaçqın qadınların təhsil və işlə təmin olunma sahəsindəki  ən uğurlu təcrübələrini öyrənə bilər", - deyə baş məruzəçi Sahibə Qafarova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv