Xəbərlər
Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüş keşiriləcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə aprelin 28-də Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq.