YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Quluzadə: Azərbaycan dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir

Azərbaycan dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir.

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road & Traffic 2017" beynəlxalq sərgisinin açılışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin nəqliyyat sektorunun müasirləşməsi və inkişafı üçün məqsədyönlü dövlət siyasəti aparır: "Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün dəmir yolunda, hava və su nəqliyyatında əsaslı işlər aparılır, yuk və sərnişin daşımalarının həcmi artır. Cənab Prezidentin daim vurğuladığı kimi, tranzit daşımalar təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir".

R.Quluzadənin sözlərinə görə, tranzit üçün yaradılan etibarlı və müasir infrastruktur imkan verir ki, qoyulan investisiyalar gəlirə çevirilsin: "Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan hazırda dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir".

Nazir xatırladıb ki, hazırda Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşası aparılır. Limanın yaxınlığında yaradılan xüsusi azad iqtisadi zona ölkəmizə investisiya yatırımı üçün geniş şərait yaradır: "İrəlidə görüləsi işlərimiz çoxdur. İnanıram ki, qarşımızda qoyulan vəzifələri layiqincə həyata keçirəcəyik".

DİGƏR Xəbərlər Arxiv