YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vergi Məcəlləsində dəyişikliklər edilib

Milli Məclisin bu gün keçirilən iclasında "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub. Layihəni təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişiklikdə məqsəd beynəlxalq daşıma anlayışının dəyişdirilməsi ilə bağlıdır.

Dəyişikliklə beynəlxalq daşıma - yük, sərnişin, baqaj və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycanda yerləşən göndərilmə məntəqəsi ilə digər dövlətdəki təyinat məntəqəsi arasında daşınmasıdır.