YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kopenhagendə ATƏT Parlament Assambleyasının Büro iclası keçiriləcək

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün Büro üzvü qismində aprelin 22-də Danimarkanın paytaxtı Kopenhagenə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.

Deputat Büro iclasının gündəliyinə uyğun olaraq müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcək.