YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TÜRKPA Türkiyədə prezident seçkilərini müşahidə edəcək

TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası avqustun 10-da Türkiyədə ölkə vətəndaşları tərəfindən birbaşa ümummilli səsvermə yolu ilə ilk dəfə keçiriləcək prezident seçkilərinin qısa müddətli monitorinqini həyata keçirmək üçün Türkiyəyə çatıb.

TÜRKPA-dan verilən məlumata görə, Azərbaycan Milli Məclisinin üzvü Nizami Cəfərovun rəhbərlik etdiyi TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası səfər zamanı Yüksək Seçki Şurasının sədri Sadi Güven, Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç, Türkiyə Böyük Millət Məclisinin üzvü, TÜRKPA Hüquq Məsələləri və Beynəlxalq Əməkdaşlıq Komissiyasının sədri Haluk İpek və Türkiyə Parlamentindən olan digər TÜRKPA üzvləri, eyni zamanda Xarici İşlər Nazirinin müavini Naci Koru və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirib. /Trend/

Görüşlər zamanı müşahidəçilər prezident seçkilərinə hazırlıqla bağlı görülən tədbirlər və beynəlxalq səviyyədə tanınmış seçki standartlarının təmin edilməsi haqqında ətraflı məlumatlandırılıb.