YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Urxan Ələkbərov: Təhsil təşəbbüsləri davamlı inkişaf naminə insan potensialının formalaşdırılmasının həlledici faktorlarıdır

«2015-2030-cu illər üçün planlaşdırılan davmlı inkişaf hədəflərinə nail olmağa müxtəlif ölkələr müxtəlif səviyyədə hazırlıqlıdırlar. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasət sayəsində “Davamlı İnkişaf məqsədləri”ndə yer alan və 2030-cu ilə kimi dünyada həlli planlaşdırılan bir çox hədəflərə artıq bizim ölkəmizdə müəyyən dərəcədə nail olunub». Bu fikirləri Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov deyib.

U.Ələkbərov bildirib ki, hazırda ölkəmiz bir çox davamlı inkişaf göstəriciləri üzrə bu gün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına  daxil olan, “böyük iyirmilik” (G 20) və “böyük yeddilik” (G 7) qruplarına üzv bir çox dövlətləri geridə qoyub. Onun sözlərinə görə, Azərbaycan Respublikasının davamlı inkişaf edən cəmiyyət qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadır.

«Ümumiyyətlə, təhsil təşəbbüsləri davamlı inkişaf naminə insan potensialının formalaşdırılmasının həlledici faktorlarıdır. Vaxtilə Ümummilli Lider Heydər Əliyev də ölkənin kadr potensialının formalaşdırılması ilə bağlı məsələlərə böyük önəm verib. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə insan potensialının formalaşması sahəsində ardıcıl tədbirlər həyata keçirirdi. Bunun nəticəsi olaraq, bir sıra hallarda Azərbaycan Respublikasında bu istiqamətdə qəbul edilən qərarlar zaman etibarilə qlobal səviyyədə qəbul edilən qərarları qabaqlayıb. Bu ənənə hazırda da ölkəmizdə davam etdirilir. Artıq BMT və Dünya Sammiti davamlı inkişafı qlobal prioritet kimi müəyyənlədirib. Bundan öncə isə Prezident İlham Əliyevin təşəbbüsü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə  balakavriatura və magistratura səviyyələrində “davamlı inkişafın idarə edilməsi” ixtisası təsdiq edilib. Eyni zamanda, elmi nomenklaturaya da yeni “davamlı inkişafın idarəedilməsi” sahəsi əlavə edilib, özü də siyasi elmlər üzrə. Bu, Azərbaycan Respublikasının qlobal tendensiyaları qabaqlayan növbəti təşəbbüsüdür. Davamlı inkişafın məqsədi kimi Ekoloji Sivilizasiya Konsepsiyası da ilk dəfə Azərbaycanda təklif edilib və ardıcıl olaraq həyata keçirilir»- deyə, akademik vurğulayıb.