YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Qarşıya qoyulan məqsədlərimizdən ən əsası yetişən nəslin vətənpərvər ruhda böyüməsidir

«Bu gün vətənpərvərlik hissinin yeni ideyalar ətrafında aşılanması məsələsi zərurətə çevrilib». Bu fikri Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, əgər müstəqilliyimizin ilk illərində vətənpərvərlik bir qədər başqa mahiyyət daşıyırdısa, bu gün vətənpərvərlik deyəndə ilk növbədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılması və gənc nəslin vətənpərvər ruhda, sağlam mühütdə böyüməsi nəzərdə tutulur.

«Ona görə də istər gənc idmançılarla, istərsə də digər sahələrdə çalışan gənclərlə aparılan işlərdə qarşıya qoyulan məqsədlərimizdən ən əsası yetişən nəslin vətənpərvər ruhda böyüməsidir. Etiraf etməliyik ki, bu sahədə qurulan təbliğat və maarifləndirmə işləri öz müsbət nəticələrini verməkdədir. Belə ki, milli mənlik şüurunun inkişaf etdirilməsində, eləcə də vətənpərvərlik hislərinin artırılması yönündə Kikboksinq Federasiyasının həyata keçirdiyi tədbirlərdə biz bunun şahidi oluruq. Həyata keçirdiyimiz tədbirlərin davamı olaraq Azərbaycan Kikboksinq Federasiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə ölkəmizdə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində “Sağlam həyat, sağlam gələcək”, “Narkamaniyaya ve uşaq cinayetkarlığına yox deyək!” şüarları altında kikboksinq seminarlarına start verib. İnanıram ki, bu seminarlar vasitəsilə uşaqlarımıza doğru yolun, doğru seçimin nədən ibarət olduğunu, Vətənə, millətə sevgini necə ifadə etməyin yollarını öyrədə biləcəyik»- deyə, A.Əliyev vurğulayıb.