YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahmar Mövsümov: Bu il Cənub Qaz Dəhlizinin maliyyələşməsində heç bir problem olmayacaq

Bu il Azərbaycanın əsas layihələrindən biri olan Cənub Qaz Dəhlizinin maliyyələşməsində heç bir problem olmayacaq.

Bu barədə ARDNF-də keçirilən mətbuat konfransında fondun icraçı direktoru, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri Şahmar Mövsümov məlumat verib.

O bildirib ki, bu ilin birinci rübündə fond tərəfindən Cənub Qaz Dəhlizi üçün vəsait ayrılmayıb. Amma illik büdcədə bununla bağlı maddə var və vəsaitlər nəzərdə tutulub. “Düşünürəm ki, layihənin maliyyələşdirilməsində heç bir problem olmayacaq. Bundan başqa, Cənub Qaz Dəhlizinin növbəti iki il üçün maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılır”, - deyə Ş.Mövsümov əlavə edib.