YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Riyad Əl-Maliki: Ötən 25 ildə Azərbaycan və Fələstin dərin dostluq əlaqələri qurub

Azərbaycan Respublikası və Fələstin Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Nazir Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində ikitərəfli və beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində hökumətlərimiz tərəfindən həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini vurğulayıb.

Elmar Məmmədyarov İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirərək, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, habelə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost Fələstin Dövlətinin Azərbaycanın mövqeyini dəstəkləməsini minnətdarlıq hissi ilə qeyd edib və bu dəstəyin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə Azərbaycanın və Fələstinin qarşılıqlı hörmət və dəstəyə əsaslanan dərin dostluq əlaqələri qurduğunu qeyd edib.

Nazir Riyad Əl-Maliki iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənəcəyinə ümidvar olduğunu vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv