YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Samux rayon təşkilatının VII konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının VII  konfransı keçirilib. İştirakçılar əvvəlcə Azərbaycan xalqının dahi oğlu, partiyanın qurucusu Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, Ulu Öndərə hörmət və ehtiramlarını ifadə ediblər.  

Samuxdakı Heydər Əliyev Mərkəzində keçirilən konfransda Dövlət himninin səsləndirilməsindən sonra YAP rayon təşkilatının sədri Gündüz Bayramov ötən dövr ərzində görülən işlərdən bəhs edən hesabat məruzəsi ilə çıxış edib. Natiq bildirib ki, Samux rayon təşkilatı öz fəaliyyətini ümummilli lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycanın Partiyasının V qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəldib: “Təşkilat Prezident İlham Əliyevin tövsiyələrinə uyğun, ümummilli lider Heydər Əliyevin ideyalarına, onun siyasətinə sadiq qalaraq rayonumuzun inkişafı üçün əlindən gələni etməkdədir. Əvvəlki illərə nisbətən Gənclər Birliyinin, Qadınlar Şurasının işi daha da genişləndirilmiş, rayon təşkilatının ərazi ilk partiya təşkilatları ilə əlaqələri möhkəmlənmiş, partiyanın maarifçilik işi gücləndirilmişdir. Bu gün YAP Samux rayon təşkilatının 5328 nəfər üzvü 82 ilk partiya təşkilatında birləşir. VI konfransdan keçən müddət ərzində 1692 nəfər YAP sıralarına qəbul edilib”. 

Konfransda YAP Samux rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Şakir Məmmədovun hesabat məruzəsi də dinlənilib. Məruzələr ətrafında Qarayeri 1 saylı məktəb-liseyinin müəllimi Kəmalə Mustafayeva, Sərkar kənd tam orta məktəbinin müəllimi Aynur Qəhrəmanova, Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi  Rəşad Qarayev  çıxış ediblər.  

Tədbirdə Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranması tarixindən, Azərbaycanın inkişafı və tərəqqisində partiyanın rolundan, ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətdən söhbət açıb, partiyanın qarşısında duran vəzifələr barədə fikir və mülahizələrini bildiriblər.  

Sonra konfransın qətnaməsi qəbul edilib, təşkilati məsələlərə baxılıb. Bayramov Gündüz Çankay oğlu yenidən YAP Samux rayon təşkilatının sədri seçilib.