Xəbərlər
Kristofer Qann: Qafqazşünasların Birinci Beynəlxalq Forumu regionda sülhə töhfələr verəcək
![](http://yap.org.az/thumb.php?src=http://yap.org.az/upload/images/edbe72233f9f2567f3f45bba76997bcc.jpg&w=360)
Qafqaz böyük tarixə malik və dünyaya örnək olacaq bir regiondur.
Bu fikri Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunda ABŞ-ın Koastal Karolina Universitetinin professoru Kristofer Qann deyib.
Amerikalı professor bu Forumda iştirak etməyin onun üçün şərəf olduğunu deyib. O, dünyada Qafqaz regionuna diqqətin ayrılmasının vacibliyini bildirərək deyib: “Multikulturalizm nöqteyi nəzərindən bu region dünyaya örnəkdir. Biz bu Forumda Qafqaz regionundakı vəziyyəti nəzərdən keçirəcəyik. Əminəm ki, bu Forumun nəticələri elmimizə, sülhə töhfələr verəcək”.