YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Dövlət başçısının müəyyənləşdirdiyi hədəflər aqrar sektorun istehsal və ixrac imkanlarının daha da artmasına mühüm təsir göstərəcək

«Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır. Onun sözlərinə görə, hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aqrar sektorda çalışan özəl sahibkarlıq subyektləri dövlətdən davamlı olaraq siyasi və maddi dəstək almaqla yanaşı, eyni zamanda, torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunublar.

«Davamlı dövlət dəstəyi sayəsində aqrar sektorda böyük istehsal imkanları yaranıb. Yaranmış qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı ilk növbədə daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması aqrar sektorun potensialından daha səmərəli istifadə etməklə ölkənin ixrac imkanlarını artıracaq. Təsadüfi deyil ki, həyata keçirilən tədbirlər sayəsində ölkədən ixrac olunan məhsulların strukturunda aqrar sektorun çəkisi ilbəil artır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin bəhs olunan iclasında müəyyənləşdirdiyi hədəflər respublikamızda aqrar sektorun istehsal və ixrac imkanlarının daha da artmasına müsbət təsir göstərəcək»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv