YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Namiq Əhmədov: YAP davamlı şəkildə əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırıb

«Yeni Azərbaycan Partiyası davamlı şəkildə əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırıb. Yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib və artıq bu gün partiya növbəti zəfərlərə, qələbələrə doğru inamla irəliləməkdədir».  Bu fikirləri YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib.

N.Əhmədov bildirib ki, bütövlükdə, partiyanın bugünkü uğurları gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verir. Onun sözlərinə görə, YAP ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyir. Əlbəttə ki, əldə edilən hər bir nailiyyətin arxasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyaları dayanır.

«Bu gün Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev yorulmaz və qətiyyətli siyasət yürütməsi nəticəsində Azərvbaycan dünyanın ən aparıcı dövlətləri sırasında yer almaqdadır. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellektual potensiala malik olan hakim siyasi təşkilatdır»- deyə, N.Əhmədov qeyd edib.

“Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu.” -” deyə, qeyd edən N.Əhmədov eyni zamanda vurğulayıb ki, cəmiyyətimizin çağdaş lider imici ilə qəbul edərək rəğbət bəslədiyi ölkə başçısı malik olduğu mənəvi keyfiyyətləri, xarizması, diplomatik qabiliyyəti, yüksək intellekti və dünya görüşü ilə XXI əsrin Azərbaycanına rəhbərlik edən Prezident portretini yaratdı: “Hörmətli Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur.”

DİGƏR Xəbərlər Arxiv