Xəbərlər
Azərbaycan nümayəndə heyəti İranın müdafiə nailiyyətləri sərgisi ilə tanış olub

İran İslam Respublikasında rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti aprelin 16-da Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisi ilə tanış olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.
Sərgi ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov xatirə kitabını imzalayıb.