YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Şəmxani: İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Aprelin 16-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər terrorizmin və güc tətbiqinin bölgə, ümumiyyətlə bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək, bu çağırışlara qarşı mübarizədə ölkələrimizin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə, eləcə də regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.