YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Azərbaycan kifayət qədər öz silahlı qüvvələrinə arxalanır

«Azərbaycan kifayət qədər öz silahlı qüvvələrinə arxalanır və ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, ölkə Prezidentinin cəbhə bölgəsinə səfəri lazımi məqamda reallaşıb. Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsinə getməsi, orada hərbiçilərlə görüş və operativ müşavirə keçirməsi cəmiyyətimiz  üçün vacib idi.

«Eyni zamanda, bu səfər həm ermənilərə, həm onları himayə edən tərəflərə bir mesaj oldu. Soçi görüşünə gəlincə, hesab edirəm ki, işğalçının qeyri-konstruktiv mövqe tutması səbəbindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi nəticə gözlənilmir»- deyə, R.Musabəyov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv