YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Russia Today”: Azərbaycan ordusu regionda ən varlı ordudur

“Russia Today” telekanalının saytında “Azərbaycan ordusu regionda ən varlı ordudur” fotosessiyası təqdim edilib.

Rusiya telekanalının qeyd etdiyi kimi, Azərbaycan Ermənistan ilə Dağlıq Qarabağ ətrafında həll edilməmiş münaqişə üzündən daim hərbi hazırlıq vəziyyətindədir. Azərbaycan 2000-ci illərin əvvəllərindən hərbi büdcəsini 20 dəfə artırıb. Bakı Rusiya, İsrail və Türkiyə istehsalı olan silahlar satın alır.

Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları əsasən sovet texnikasından ibarətdir: Rusiya istehsalı olan “S-300”, “S-200”, “S-125”, “Buk”, “Top-M2E”. Amma kiçik mənzilli zenit-raket kompleksləri İsraildən alınmış nümunələrdir.

Azərbaycan aviasiyası öz qüdrətinə görə Ermənistan Hərbi-Hava Qüvvələrindən xeyli üstündür. Respublikanın Müdafiə Nazirliyi Qazaxıstandan və Ukraynadan işlənmiş “MiQ-25” tutucu və “MiQ-29” qırıcı təyyarələri alıb. Gürcüstan və Belarusdan 18 vahid “Su-25” hücumçu təyyarəsi alınıb.

“Global Firepower” hərbi qüdrət reytinqində Azərbaycan 34 mövqe üzrə Ermənistanı qabaqlayaraq, 60-cı yeri tutur. Ötən 15 ildə Azərbaycan ordusu böyük sıçrayış edib. 2003-cü ildə ölkənin müdafiə xərcləri 160 milyon dollar, 2013-cü ildə isə 3,7 milyard dollar təşkil edib.

Azərbaycan ordusunun balansında 314 tank, 1600 vahid zirehli texnika, 119 özüyeriyən artilleriya qurğusu, 240 yedəyə qoşulan artilleriya silahı, 191 yaylım atəşi sistemi var.

Azərbaycan ordusunun sayı ehtiyatda 300 min nəfər olmaqla, 70 min nəfər təşkil edir. Müdafiə siyasətində quru qoşunları komponentinə üstünlük verilib. Quru qoşunlarının strukturuna hər biri 3-6 briqadadan ibarət 5 ordu korpusu daxildir.

Azərbaycan qovunlarının əsas döyüş tankı “T-72”-dir. Sovet zirehli texnikası və zərbə silahları parkını getdikcə müasir silahlar əvəzləyir. Azərbaycan öz nümunələrini yaratmağa çalışır, amma onun əsas silah təchizatçısı Rusiya qalır.